Tüveycri: “Azərbaycan dialoq üçün mühüm beynəlxalq platformaya çevrilib”

Tüveycri: “Azərbaycan dialoq üçün mühüm beynəlxalq platformaya çevrilib”

"Sabah “VI Bakı Beynəlxalq Humanitar Forum”u keçiriləcək. Forum artıq Azərbaycanın brendinə çevrilib”. SİA-nın xəbərinə görə, bunu İSESCO-nun baş direktoru İSESCO-nun baş direktoru Əbdülaziz bin Osman əl-Tüveycri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Bakı Beynəlxalq Humanitar Forum”u dünyada tanınan mühüm tədbirlərdən biridir.

Möhtərəm qonaqların, beynəlxalq rəsmilərin foruma qatıldığını deyən Əbdülaziz bin Osman əl-Tüveycri söyləyib ki, tədbirin əsas məqsədi dünyanı sülhə, təhlükəsizliyə çağırışdır: “ Azərbaycan dialoq üçün mühüm beynəlxalq platformaya çevrilib. Tədbirdə dünyanın qlobal problemləri müzakirə olunur, onların həlli yolları ilə bağlı təkliflər səsləndirilir. “Bakı Beynəlxalq Humanitar Forum”u problemlərin qarşısının alınması istiqamətində məqsədlərə çatmaq üçün mühüm platformadır”.

Bakı prosesi təşəbbüsünü yüksək qiymətləndirən baş direktor İSESCO-nun hər zaman Azərbaycanın dəstəklədiyini və yanında olduğunu qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə