Gəncədə satışda olan yeni il hədiyyələri yoxlanılacaq

Gəncədə satışda olan yeni il hədiyyələri yoxlanılacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Dövlət Nəzarət İdarəsi Gəncədə növbəti reydlərə başlayır. Adıçəkilən qurumun rəis müavini Qasım Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu dəfəki reydlər zamanı yeni il bağlamalarının vəziyyəti, tərkibi yoxlanılacaq.

"Yeni ildə uşaqlara hədiyyə kimi satılan şirniyyat bağlamalarının keyfiyyəti nəzərdən keçiriləcək. Üstəlik məhsulların düzlüşünədə diqqət yetiriləcək. Elə məhsullar var ki, onların bir bağlamada satılması sağlamlıq üçün ziyandır."- deyə Q.Hüseynov əlavə edib.

Bildirək ki, monitorinqlər ətraf rayonlarda da aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə