İqbal Ağazadə güzəştə getməyə hazırdır

İqbal Ağazadə güzəştə getməyə hazırdır

"2013-ci il prezident seçkilərində "Qarabağ" blokunun vahid namizədinin kim olacağı haqda hələlik müzakirə aparılamayıb". Millət vəkili İqbal Ağazadə bunu SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, yəqin ki, "Qarabağ" hədəfləri bəlli olan bir blok olacaq: "Ciddi bir siyasi strategiya və taktika ortaya qoyub seçici ilə işləyə biləcək vahid namizəd və bu kimi digər məsələləri sonra müəyyənləşdirəcəyik".

İ.Ağazadə növbəti prezident seçkiləri zamanı vahid namizəd məsələsində güzəştə gedə bilər: "Niyə də getməyim. Əgər söhbət blokdan gedirsə, blokun vahid mövqeyindən gedirsə, niyə də güzəştə gedilməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə