"İrəli" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə 17-19 dekabr 2010-cu il tarixlərində Novxanı AF Oteldə ənənəvi "Gənc Liderlər üçün Qış Universiteti" təşkil edir.
Birlikdən SİA-ya verilən xəbərə görə, üç gün davam edəcək tədbirdə gənc mütəxəssislər, bələdiyyə üzvləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirmək, şəbəkələşmək və professional əlaqələr qurmaq imkanı əldə edəcəklər. Qış Universitetində gənclərlə iş, menecment və layihələrlə iş sahələrində səriştəli millət vəkilləri, dövlət qulluqçuları, beynəlxalq və qeyri-hökumət təşkilatların təmsilçiləri qonaq və təlimçi qismində iştirak edərək öz təcrübələrini interaktiv şəkildə gənclərlə bölüşəcək və onların suallarına cavab verəcək.
Tədbirin əsas məqsədi gənc liderlərin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, habelə yerli özünüidarəetmə və qeyri-hökümət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB