“Ümumiyyətlə Azərbaycanın reallıqları ilə bağlı fikir söyləyənlər içərisində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tək deyil. Çünki bu cür demokratik fikirli insanlar çoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, əgər Dmitri Savelyev “26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib” fikirlərini səsləndiribsə artıq bu etirafdır: “Bu fikirlər Xocalı soyqırımının dünyada bir daha tanınmasında da mühüm rola malik ola bilər. Hətta o soyqırımda iştirak edənlərin gələcəkdə cəzalandırılmasında da nəsə əldə etmək olar. Hər halda müsbət haldır ki, rusiyalı deputat bunu etiraf edir. Bu fikirlər bizim haqq işimizin müdafiəsinə də köməklik göstərə bilər”.
Qeyd edək ki, Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib: “Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB