Nazim İbrahimov: "Moskvada baş verən hadisələrlə əlaqədar komitənin əməkdaşları oraya ezam olunublar" - MÜNASİBƏT

Nazim İbrahimov: "Moskvada baş verən hadisələrlə əlaqədar komitənin əməkdaşları oraya ezam olunublar" - MÜNASİBƏT

Son günlər Moskvada baş verən hadisələr hər bir azərbaycanlı kimi, Diasporla İş üzrə Dövlət Komitəsini də narahat edir. SİA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu sahədə ciddi işlər görülür və artıq dövlət komitəsinin əməkdaşları Moskvaya ezam olunublar.

Komitə sədrinin sözlərinə görə, Moskvaya göndərilən komitənin 2 nəfər əməkdaşı baş verən hadisələrin mahiyyətini öyrənərək bu barədə bizə daha dolğun məlumatlar çatdıracaqlar: "Həmçinin bu məsələdə yerli diaspora təşkilatları da bu işdə çox fəaldırlar. Rusiyada belə halların tez-tez baş verdiyini nəzərə alaraq güman edirəm ki, bu hadisələr də tez bir zamanda öz həllini tapacaq. Hələlik Moskvadakı azərbaycanlılarla bağlı hər hansı bir ciddi siqnallar daxil olmayıb. Əgər gələcəkdə azərbaycanlılarla bağlı ciddi hadisələr baş verərsə, o zaman ölkə başçısının icazəsi ilə mən özüm də Moskvadakı hadisələri izləməyə gedərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə