Bu gün ölkəmizin sərhədlərinin qorunması prosesinə müsbət təsir göstərəcək yeni obyektin – Xidməti Heyvanlar Mərkəzinin açılış mərasimi olub. SİA-nın xəbərinə görə, açılış mərasimində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları Komandanı, general-leytenant Elçin Quliyev iştirak edib.
Qeyd olunub ki, dövlət sərhədlərimizin mühafizəsi işində xidməti heyvanlar mühüm rol oynayırlar. Sərhədçilərimiz vətənimizin hüdudlarının qorunmasında partlayıcı maddələr və narkotik vasitələrin tapılmasında xüsusi təyinatlı tapşırıqların həll olunmasında xidməti itlərdən istifadə edirlər.
Heyvanlar Mərkəzi dövlət sərhəddinin mühafizəsində bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qoşun xidmətinin təcrübəsində tətbiq edilməsi dövlət sərhəddini pozanların axtarılması və tapılması, terror və təxribat vasitələrinin aşkar edilməsində öz müsbət təsirini göstərəcəkdir.
Yeni istifadəyə verilmiş mərkəz bütün tələblərə cavab verir. Burada yataqxana, yeməkxana, hamam, istirahət və məişət otaqları olan qərargah binası, aptek, fotolaboratoriya və laboratoriya, rentgen otağı, həkim otağı, fizioterapiya, cərrahiyə də daxil olmaqla xidməti heyvanların müayinəsi və müalicəsi, 17 otaqlı baytarlıq məntəqəsi, itlərə verilən qidaların hazırlanması üçün mətbəx, böyük itlərin 100 yerlik, kiçik itlərin 58 yerlik saxlanma volyeri, istilikverici avadanlıqlarla təchiz olunmuş qazanxana, habelə nəqliyyat vasitələrində narkotik və partlayıcı maddələrin axtarışı, maneə zolaqlarının, həmçinin dağlıq, meşəlik və bataqlıq ərazilərin dəf edilməsi üçün təlimlərin keçiriləcəyi təlim şəhərciyi və digər xüsusi tikililər vardır.
E.Quliyev və açılış mərasiminin digər iştirakçıları yeni obyektlə tanış olduqdan sonra təlim şəhərciyində praktiki təlimlərə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB