Azərbaycanda keçirilən parlament seçkilərin nəticələri AŞ PA-da yanvarın 24-də müzakirə ediləcək
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bürosunun Parisdə keçirilən yığıncağında qurumun yanvar ayının 24-28-də olacaq qış sessiyasının gündəliyi layihə şəklində qəbul edilib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, gündəliyə əsasən ilk əvvəl AŞ PA bürosunun və siyası partiyaların toplantısı keçiriləcək. Daha sonra qış sessiyasının ilk günündə assambleyanın sədri və müavininin eyni zamanda komissiya üzvlərinin təsdiqi işinə baxılacaq və gündəlikdəki məsələlər deputatlar tərəfindən müzakirə ediləcək.
Sessiyanın davamında büro və daimi komitənin ötən sessiyasından keçən dövr ərzində fəaliyyəti ilə bağlı hesabat dinləniləcək. Büronun hesabatında Azərbaycanda və Moldovada keçirilən parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək.
Günün ikinci yarısında isə Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barəsində hesabat verəcək.
Sessiyanın ikinci günündə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Kosovoda insan orqanlarının gizli trafiki və Avropa Şurasında islahatların monitorinqi məsələləri müzakirəyə çıxarılacaq.
Qış sessiyasının gedişində Avropa Şurasının baş katibi Torborn Yaqlandın, Avropa Jurnalistlər Federasiyasının sədri Arne Konurun, Türkiyə Prezidenti Abdullah Gülün, Fransa və Avropanın xarici işlər naziri Mişel Alyo-Marinin, Serbiya Prezidenti Boris Tadiçin, Rumıniya Prezidenti Troyan Beseskunun, Albaniyanın Baş naziri Sali Berişanın çıxışları nəzərdə tutulub. Qış sessiyası öz işini yanvarın 28-də yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB