Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin tələbələri ilə tərcümə sənəti ilə məşğul olan müəllimlər arasında görüş keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə İngilis dilinin tərcümə nəzəriyyəsi və nitq praktikası kafedrasının professoru Qılncxan Bayramov, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı, Alman dilinin tərcüməsi kafedrasının müdiri, professor Ələkbər Qubadov, İspan dili kafedrasının müəllimi Hüseynağa Əmirov, şair-tərcüməci Sabir Mustafa və alman dilində yazılan şeirlərin mahir tərcüməçisi, eləcə də alman dilində şeirlər yazan Alman dilinin tərcüməsi kafedrasının müəllimi Yusif Savalan iştirak edib.
İlk olaraq çıxış edən tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev müəllimləri tələbələrə təqdim edib. Fakültə dekanı universitetdə mütəmadi olaraq yaradıcı insanlarla görüşlərin keçirildiyini bildirib. V.Hacıyev fəaliyyətlərini tərcümə sənətinə həsr edən və tərcümə mədəniyyətinin Azərbaycanda formalaşmasında xidmətləri olan insanlarla görüşlərin keçirilməsini vacib olduğunu vurğulayıb.
Alman dilinin tərcüməsi kafedrasının müdiri, professor Ələkbər Qubadov alman dilindən tərcümə etdiyi əsərlərin özəlliklərindən danışıb. Alman şairi İohan Volfqanq Götenin 12 fəsildən ibarət "Qərb-Şərq divanı"nı tərcümə etdiyini nəzərə çatdıran kafedra müdiri divandan parçalar söyləyib. Azərbaycan ədəbiyyatının əcnəbi dillərə tərcümə edilməsinin zəruriliyini vurğulayan Ə.Qubadov bu sahədə mütərrəqi addımların atılmasının vacibliyini önə çəkib. O, tələbələri kitablardan yararlanmağa və geniş mütaliə etməyə çağırıb.
On altıdan çox kitabın müəllifi olan tərcüməçi-şair Sabir Mustafa isə çıxışında ölkəmizdə tərcümə mədəniyyətinin mövcud durumuna toxunub. Azərbaycan bayatı və nəğmələrinin ingilis dilinə tərcümə etdiyini bildirən Sabir Mustafa bədii tərcümə sənətində bir sıra nöqsanların olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. O, müəllifi olduğu şeirlərdən parçalar ifa edib.
Sonra çıxış edən İngilis dilinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Qılncxan Bayramov tərcümə sahəsində fəaliyyətindən danışdı. Professor 70-ci illərdən başlayaraq ingilis ədəbiyyatından tərcümələr etdiyini bildirib. Bununla kifayətlənməyən Q.Bayramov Azərbaycan ədəbiyyatından da bir sıra nümunələri ingilis dilinə tərcümə edib. Qeyd edək ki, mütəxəssis rəsmi sənədlərin tərcümə edilməsində də peşəkar fəaliyyət göstərir.
Daha sonra tərcüməçi-mütəxəssislər tələbələri maraqlandıran sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB