"Tullantıların İdarə Olunması Planı”nın icrası ilə əlaqədar təqdimat keçirilib
Ekologiya İdarəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində "Tullantıların İdarə Olunması Planı"nın (TİOP) icrası ilə əlaqədar təqdimat keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təqdimatda ARDNŞ-nin idarə və müəssisələrinin, birgə müəssisə və əməliyyat şikətlərinin ekologiya üzrə bölmə rəhbərləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev təqdimatın məqsədi barədə ətraflı məlumat verib, TİOP-un tətbiqi ilə əlaqədar əldə olunan nailiyyətlərdən, tullantıların idarə olunmasında diqqət göstəriləcək sahələrdən söhbət açıb.
Ekologiya İdarəsinin Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentinin rəisi C.Şixəliyev TİOP üzrə həyata keçirilən tədbirlər haqqında hazırlanan prezentasiyanı tədbir iştirakçılarına təqdim edib. Daha sonra carı ildə tullantıların idarə olunması üzrə aparılıb işlər, idarə və müəssisələrin ekoloji fəaliyyətinin müasir tələblərə uyğun qurulması və istehsalat sahələrində tullantılarla bağlı problemlərin həll edilməsində TİOP-un rolu haqda müzakirələr aparılıb. ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti S.Əliyev tədbirə yekun vurub, tullantıların düzgün idarə olunması ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb, bununla bağlı mütəxəssislərə tapşırıq və tövsiyələrini verib.
Ekologiya İdarəsi tərəfindən hazırlanan "Tullantıların İdarə Olunması Planı"nda tullantıların idarə olunması, təhlükəli tullantıların identifikasiyası və utilizasiyası qaydaları, müəssisədaxili tullantıların çeşidlənməsi və yerləşdirilməsi, o cümlədən tullantıların daşınmasına dair prosedur qaydalar, qəza hallarına hazırlıq, ekoloji monitorinq və maarifləndirmə məsələləri öz əksini tapıb. Cari ilin aprel ayında təsdiq olunan TİOP-un icrası ilə əlaqədar Ekologiya İdarəsi tərəfindən tullantıların idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə indiyədək ARDNŞ-nin idarə və müəssisələrində müvafiq ekoloji monitorinqlər aparılıb, aşkar olunan pozuntular qeydə alınıb, ətraf mühitə təsir edən mənfi amillərin aradan qaldırılması üçün müvafiq tövsiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB