Qırğızıstanda hökumət qurma çalışmaları ikinci turda uğurla nəticələnib.
SİA-nın xəbərinə görə, hökumət Sosial Demokrat, Ata Yurt və Respublika partiyalarından ibarət olacaq.
Hələlik baş nazir və hökumət sözçüsünün kim olacağı açıqlanmayıb.
Qeyd edək ki, ölkədə oktyabr ayında keçirilən seçkilərdə 5 partiya parlamentə girməyi bacarıb. Sosial Demokrat Partiyasının yaratdığı koalisiya hökuməti formalaşdıra bilməyib. O səbəbdən də prezident Roza Otunbayeva hökumət qurma səlahiyyətini Respublika Partiyasının lideri Ömürbek Babanova verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB