Amerika Birləşmiş Ştatlarının dövlət katibi Azərbaycan Prezidentinə zəng edib
Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, telefon danışığı zamanı xanım Klinton "Wikileaks" saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirərək Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasını özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB