Fazil Mustafa: “MSK-da müxalifətin payına düşən yerləri 5 partiya tutmalıdır” - MÜNASİBƏT
Xəbər verildiyi kimi, "Qarabağ" Seçki Blokunun buraxılması elan olunub. Bu anda isə diqqətlər seçkilər öncəsi yaranan digər seçki bloklarına yönəlir. SİA-ya açıqlamasında "İslahat Bloku" siyasi partiyalar blokuna daxil olan Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa blokdakı üç siyasi partiyanın dekabr ayının 21-dən "İslahat" parlament müxalifət qrupunda fəaliyyət göstəcəyini deyib.
F.Mustafa "İslahat Bloku"da təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət və Böyük Quruluş partiyalarının həmin qrupda təmsil olunacağını deyib. O, parlamentdəki müxalifət partiyalarının ümumi birliyini yaratmağın mümkün olmadığını söyləyib.
Məlum olduğu kimi, parlamentdə 9 müxalifət partiyanın təmsilçiliyi təsdiq olunub. Belə ki, seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Mərkəzi Seçki Komissiyasında (MSK) isə qanunvericiliyə görə, müxalifət üçün 6 yer müəyyənləşdirilib. Fazil Mustafa isə hesab edir ki, parlametdə 5 müxalifət partiyası var, qalanları isə birmənalı olaraq iqtidar partiyasını dəstəkləyirlər. BQP sədrinin fikrincə, MSK-da müxalifət üçün ayrılacaq 6 yeri 5 partiya müəyyənləşdirməlidir: "Həmin partiyaların namizədləri hazırdır. Hər hansı bir sürpriz olmasa, həmin yerlərə göz dikməsələr müxalifətin payına düşən yerlərə namizədləri müəyyənləşdirmək çətin olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB