Bu gün "Qarabağ" Seçki Blokunun buraxılması elan olunub. SİA-ya açıqlamasında bloka daxil olan partiyalardan biri- Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, Sədrlər Şurasının Ümid Partiyasının qərargahında keçirilən növbəti toplantısında blokun buraxılması ilə bağlı qərar qəbul olunub.
Toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Q.Əlibəyli iştirak edib. Blokun bir seçki bloku olduğunu bildirən Q.Əlibəyli qeyd edib ki, toplantıda aparılan müzakirələrin nəticəsi olaraq belə bir qərara gəliblər: "Blok seçki bloku olduğundan onun saxlanması da əhəmiyyətsiz idi. Artıq seçkilər başa çatıb, nəticələri də açıqlanıb. Qanunvericiliyə görə, blok buraxılmalı idi".
Aydınlar Partiyasının sədri toplantıda seçki blokunda təmsil olunan partiyaların siyasi blokunun yaradılması ilə bağlı ilkin fikirlərin səsləndiyini deyib. O, növbəti görüşlərin birində bu məsələ ilə bağlı ətraflı müzakirələrin keçiriləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB