Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi və şəxsi heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kamallədin Heydərov ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra fövqəladə hallar naziri görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət edib.

 

FHN-nin rəhbərliyi və şəxsi heyəti həmçinin Şəhidlər xiyabanını ziyarət edib. K.Heydərov "Əbədi məşəl" kompleksi önünə əklil qoyub.

 

Qeyd edək ki, bu gün FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə