Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. SİA-nın məlumatına görə, 1368 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.
Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq din yolunda şəhid olur. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə bu gün ənənəvi qanvermə aksiyasları keçirilir. Aksiya Bakının "Hacı Soltanəli", "Bibiheybət", İçərişəhər "Cümə", "Qaraçuxur" və "Mir Mövsüm ağa" məscidləri, habelə respublikanın "Sumqayıt", Gəncə "İmamzadə", Mingəçevirdəki "Heydər", Şəki, Şirvan, Lənkəran "Böyükbazar" və Bərdə məscidlərində keçiriləcək.
Artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB