Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın milli bayramı münasibətilə Prezident Nursultan Nazarbayevə təbrik məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə