Samuxda bir qrup Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə yeni mənzillər verilib

Samuxda bir qrup Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə yeni mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Samux rayonunda bir qrup Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə yeni mənzillər verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu münasibətlə geniş tədbir keçirilib.

Bildirək ki, nazirlik tərəfindən bu ilin sonuna qədər əllilik dərəcəsi olan daha 7 nəfərin mənzillə təminatı nəzərdə tutulub. Artıq mənzillərin 4-ü sahiblərinə təhvil verilib. İlin sonuna kimi isə 3 ailə fərdi mənzillərlə təmin olunacaq.

Qeyd edək ki, bu dəfəki evlər Sarıqamış, Qovlar, Karayeri və Sərkar kəndlərində yaşayan Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə