Milli Məclisin üzvləri Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin üzvləri Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və deputat Rüfət Quliyev Belarus Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dekabrın 16-da Minsk şəhərinə yola düşəcəklər.

SİA-nın xəbərinə görə, dekabrın 19-da keçiriləcək seçkilərdə deputatlar Əli Hüseynov və Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyanın, deputat Ziyad Səmədzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçilər missiyasının tərkibində iştirak edəcəklər.

Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar. Səfər dekabrın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə