“Qarabağla bağlı indiki məqamda mitinq keçirilməsinin əleyhinəyik” MÜSAHİBƏ
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlun SİA-ya müsahibəsi
- Sərdar bəy, Qarabağdan çox danışan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri Qarabağla bağlı keçirilən mitinqə qatılmadılar. Belə demək mümükündür, Qarabağ məsələsi sözügedən şəxslərə ancaq siyasi məqsədləri üçün lazımdır?
- Əslində baxsan mitinqlərin Dağlıq Qarabağ probleminin həlli məsələsində birbaşa əlaqə yoxdur. Yəni Dağlıq Qarabağı nə mitinqlərlə, nə də danışıqla həll etmək olmaz. Qarabağın bir həlli yolu var, o da hərbi yoldur. Bunun üçün də millət birləşməlidir, özünün bütün resurslarını ortalığa qoyub hərbi yolla Qarabağı azad etməlidir. Bu mitinqlər bir çox hallarda Qarabağ müstəvisindən böyük sürətlə böyük siyasi müstəviyə keçdiyinə görə bu cür qüvvələr siyasi motivlərə görə, bu mitinqdə iştirak eləmir. Məsələn, şəxsən mən iştirak etməmişəm. Mən özümü qoyum bir qırağa, bu yaxınlarda Qüdrət Həsənquliyevin bir müsahibəsi var idi və deyirdi ki, biz o Qarabağ mitinqinin təşkilində aktiv iştirak etmişik, adamların çoxunu biz ora göndərmişik, amma mən sonra biləndə ki, orda istefa şüarları səslənəcək, o mitinqə getməmişəm. Yəni söhbət ondan gedir ki, əgər sən Qarabağı azad etmək istəyirsənsə bu zaman nəyə görə daxili siyasətlə bağlı şüar deyirsən? Mən nəyə görə getmədim o mitinqə? Əgər o mitinq Putin Azərbaycana gəlməmişdən qabaq keçirilsə idi, hətta ondan qat-qat az adam iştirak etsəydi mən böyük məmuniyyətlə ora gedəcəkdim. Niyə? Mitinqin əhəmiyyəti ondan ibarət olacaqdı ki, Dağlıq Qarabağın arxasında duran Rusiyaya və onun rəhbəri Putinə Azərbaycan xalqının iradəsini ifadə olunur. Qarabağ məsələsi bir mitinqlə həll olunmur. Qarabağ hər gün hər bir Azərbaycan vətəndaşının fəaliyyətinin bir nömrəli prriteti olmalıdır.
- Mitinqi təşkil edənlər sizə dəvət göndəriblər?
- Biz müşahidəçiyik, orada nümayəndəmiz var. Nümayəndəmiz demişdi ki, biz Qarabağla bağlı indiki məqamda mitinq keçirilməsinin əleyhinəyik. Çünki belə bir mitinq Putin gəlməmişdən qabaq keçrilməli idi ki, bunun bir siyasi mesajı olsun. Yəni Putinin gəlib getməsindən sonra şəhərdə Qarabağ mitinqinin keçirilməsinin nə kimi əhəmiyyəti ola bilər? Digər mühüm məsələ nədir, Qağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən mitinqlər həm ümummilli mitinq olmalıdır, yəni hansısa bir Qarabağ komitəsi yox, iqtidar - müxalifət yəni xalqın apardığı bir mitinq olmalıdır və bu mitinqlərdə də demək olar ki, daha böyük kütlə iştirak etməlidir. Məsələn heç olmasa iki yüz min, üç yüz min adam iştirak etməlidir. Belə mitinqlərin effekti iştirakçıların sayı ilə bağlıdır.
- Son vaxtlar sosial şəbəkələrdə Əli Kərimlinin “söyüş qrupu”nun üzvləri tərəfindən sizə qarşı ittihamlar, təhqirlər səsləndirilir. Aranızda yaranan gərginliyin səbəbi nədir?
- Mənim seçdiyim yol, mövqeyim bəzi qüvvələri narahat edir Əslində söyən adamların kimliyini konkret bilmirəm. Hərəsi də özünə bir ad qoyub. Biri adını qoyub “danabaş”, “quqqulu”, başqa bir də “azəripress” qoyub məni söyürlər. Orada konkret olaraq öz adı ilə çıxış edən bir kişi yoxdur, ancaq yalançı adlarla çıxış edirlər. Azərbaycanda son vaxtlar söyüş təbliğatı, söyüş mübarizəsi önə çıxıbdır. Əslində burada sual bu olmalıdır, son vaxtlar xarakterlik olan söyüş təbliğatı, söyüş mübarizəsi nə deməkdir? Burada əsas məsələ budur. Söyüşün meydana çıxması onu göstərir ki, müxalif düşərgədə, müxalifətçilər psixoloji zorakılıq mərhələsinə qədəm qoyub. Bu da sürətlə inkişaf edir. Faktiki olaraq, həmin söyüş silahın bir növüdür. Bu da çox təhlükəli bir şeydir ki, müxalif düşərgədə bu da açıq şəkildə özünü göstərir.
- “Milli Şura”-nın qisasçılıq mövqe sərgiləməsi nədən qaynaqlanır?
- Hakimiyyət varsa, bizdə bu hakimiyyətin idarə edilməsindəyiksə, istəyirsən sən onu bəyən, istəyirsən bəyənmə biz də onunla əməkdaşıq. Məsələn “Milli Şura” əgər hakimiyyətlə əməkdaşlıq etmirsə, onda nə Azərbaycan məhkəmələrinə, prokurorluğuna, nə Azərbaycan Daxili İşlər Nazirliyinə, nə də səhiyyə nazirliyinə müraciət etməməlidir, imkanlardan və yaradılan şəraitdən bəhrələnməməlidir. Əgər Əli Kərimli Azərbaycan iqtidarı ilə əməkdaşlıq etmirsə, AXCP və “Milli Şura”ya daxil olan qüvvələr indiki Azərbaycan hakimiyyətinin heç bir dövlət müəssəsinə müraciət etməməlidir. Amma baxın pensiya da alır, xəstəxanalara gedir, polisə, məhkəməyə, prokurorluğa müraciət edir. Qardaşım əməkdaşlıq etmirsənsə sən bəs nə edirsən? Müraciət etdiklərinin, üz tutduqlarının adı nədir bəs?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB