Erməni ekspert: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu il bütün səylər status-kvonun qorunmasına yönəlib”

Erməni ekspert: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu il bütün səylər status-kvonun qorunmasına yönəlib”

"Dağlıq Qarabağ məsələsinin həlli yolunda bu il ciddi irəliləyiş əldə olunmayıb, bütün səylər status-kvonun qorunmasına yönəlib". SİA-nın "news.am" xəbət agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri erməni ekspert Aleksandr İskəndəryan deyib.

 

Dağlıq Qarabağ probleminin həllində Rusiyanın əhəmiyyətli bir rola sahib olduğunu deyən ekspert bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də status-kvonun qorunmasına yönəlik cəhdlərə qarşı çıxmayıblar. O, ciddi nəticələr olmamasına baxmayaraq, müzakirələrin Minsk qrupu çərçivəsində davam etdiyini ifadə edib. A.İsgəndəryan bunun Azərbaycan və Ermənistanın prosesin bu formatda davam etdirilməsinə qarşı olmadığı anlamına gəldiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə