Natiq Məmmədov: “Cari il keçirilən 55 əmək yarmarkası nəticəsində 6 minə yaxın vətəndaş işlə təmin olunub”

Natiq Məmmədov: “Cari il keçirilən 55 əmək yarmarkası nəticəsində 6 minə yaxın vətəndaş işlə təmin olunub”
"Bu il ölkədə 55 əmək yarmarkası keçirilib. 55 əmək yarmarkasında 2000-dən artıq müəssisə və təşkilat iştirak edib". Bu barədə SİA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. O bildirib ki, yarmarkalarda vətəndaşlara 16 minə yaxın vakant iş yerləri təqdim olunub. Onun sözlərinə görə, yarmarkalar nəticəsində 6 minə yaxın vətəndaş işlə təmin olunub.

"Bu günlərdə Bakıda 3 rayonun əmək yarmarkası keçirildi. İlin sonuna kimi isə Abşeron da daxil olmaqla qalan 9 rayonun yarmarkası təşkil olunacaq. İlin sonuna kimi bu proses tam olaraq başa çatacaq. Layiqli əməyin təminatı üzrə ölkə proqramında da bu və ya digər məsələlər öz əksini tapıb. Yarmarkaları rayonlara uyğun bölərək keçirməkdə məqsədimiz ondan ibarətdir ki, vətəndaşlar öz yaşadıqları ərazilərə yaxın yerlərdə iş tapsınlar. Bu məqsədlə də bu il rayonları mövcud qaydada böldük", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə