Məzahir Pənahov: “Azərbaycan tərəfi Belarusda keçiriləcək prezident seçkilərində geniş tərkibdə iştirak edəcək” - AÇIQLAMA
"Dekabrın 19-da Belarusda prezident seçkiləri keçiriləcək. Bizim Mərkəzi Seçki Komissiyasının əlaqələri baxımından Belarusla münasibətlərimiz inkişaf edib". SİA-nın məlumatına görə, bunu açıqlamasında MSK-nın sədri Məzahir Pənahov bildirib.
O bildirib ki, Belarus da öz növbəsində hər zaman Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi müxtəlif missiyaların tərkibində iştirak edib: "Baş tutacaq prezident seçkilərinə MSK sədri kimi məni və nümayəndə heyətini dəvət ediblər. Əfsuslar olsun ki, indiyə qədər belə bir imkanımız olmayıb. Buna səbəb isə hər zaman təsadüf nəticəsində Belarusda seçkilər keçirilən zaman bizdə də seçkilər olurdu deyə iştirak edə bilmirdik. Artıq bu il hər şey öz qaydasındadır və orada seçkilərə qatıla biləcəyik".
M. Pənahov onu da qeyd edib ki, Azərbaycan bu seçkilərdə müxtəlif qurumları vasitəsi ilə iştirak edəcək: "Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının tərkibində parlamentin üzvləri iştirak edəcək. Daha sonra Müstəqil Dövlətlər Birliyi müşahidə missiyasının tərkibində də həmçinin nümayəndəmiz olacaq. Azərbaycan Belarus Dostluq Cəmiyyəti də mövcuddur ki, həmin cəmiyyətin nümayəndələri də orada iştirak edəcək. Hesab edirəm ki, Azərbaycan tərəfi bu seçkilərdə geniş tərkibdə iştirak edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB