«Bacanaqlar» serialının gedişatını Coşqun Viləş dəyişibmiş

«Bacanaqlar» serialının gedişatını Coşqun Viləş dəyişibmiş
Müğənni Coşqun Viləş sən demə Azərbaycan teleməkanında maraqla izlənən "Bacanaqlar" teleserialının gedişatını dəyişib. Müğənninin üzündən maraqlı harizmatik görünüşü və zarafatları ilə seçilən komediya aktyoru ( serialda Xansuvar obrazını yaradan) Tərlan serialdan uzaqlaşmalı olub. SİA-nın məlumatına görə, hətta sonradan Coşqun Viləşlə Tərlan dost toylarından birində mübahisə belə ediblər. Hərçənd, hər iki tərəf olayla bağlı heç bir açıqlama vermir. Aralarında olan söz söhbətin olduğunu inkar etməsələr də, səbəb hələ də qaranlıq qalır.

Söz söhbətlərin nə dərəcədə həqiqət olduğunu söyləyə bilməsək də, həqiqət odur ki, Tərlan serialdan uzaqlaşıb. Buna Coşqunun mərdiməzarlıq edib etmədiyi isə hələ ki versiya olaraq səslənir.

Həmişə estrada səhnəsində kübar görünməyə çalışan, qalmaqallardan uzaq olduğunu iddia edən Coşqunu bu addımı atmağa nə vadar edib, bizlər üçün də maraqlıdır.

Versiyalaran biri isə odur ki, Tərlan Coşqundan intiqam almaq üçün şəxsi kanalları vasitəsilə teleməkanlarda ona çətinliklər yaratmağa çalışır. Vaxtilə çox yaxın dostların arasına kim girdi, deyə bilmərik. Bildiyimiz odur ki, il sonu şou biznesimizdə daha bir soyuq müharibənin əsası qoyuldu. Soyuq müharibənin hər iki qəhrəmanı ilə əlaqə saxlamağa çalışdıq. Hər ikisi suallarımızdan qaçaraq, bəhanələr gətirdilər.

Müğənni Coşqun Viləş hazırda Azərbaycanda olmadığını, Bakıya qayıtdıqdan sonra bu barədə geniş açıqlama verəcəyini bildirməklə, "canını qurtarmağa" çalışdı. Tərlan isə çəkiliş meydançasında olduğundan suallarımıza daha sonra cavab verəcəyini bildirdi. Sonradan aktyorla əlaqə saxlamağa çalışsaq da klassik üslubdan istifadə edildi. Yəni telefon bağlantımıza "Bu nömrəyə zəng çatmır" cavabı aldıq.

Bütün xəbərlər Facebook səhifəmizdə