DİN rəsmisi: "Azərbaycanda kriminogen vəziyyət tam nəzarət altındadır"
Bu gün Azərbaycanda insan alveri ilə mübarizə və onun qarşısının alınması mövzusundə iki günlük seminar öz işinə başlayıb. SİA -nın məlumatına görə, Seminarda Avropa Şurası Baş Katibliyinin və yerli orqanların nümayəndələri, Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak edir. Tədbiri giriş sözü ilə açan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev Azərbaycanda bu növ cinayət işləri ilə bağlı və həmin halların baş verməsinin qarşısı alınması istiqamətində görülən işlər barəsində geniş məlumat verib.
Azərbaycanın insan alveri ilə mübarizədə Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini qeyd edən C. Şıxəliyev bu gün beynəlxalq aləmi narahat edən məsələlərdən birinin məcburi əmək olduğunu bildirib. Eyni zamanda DİN-nin şöbə müdiri Azərbaycanda kriminogen vəziyyətin tam nəzarət altında oluğunu bildirib.
Daha sonra seminarda çıxış edən AŞ baş katibliyinin nümayəndəsi Danuta Visnievska Azərbaycanın insan alverinə məruz qalan məhdud ölkələrdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycandan insan alverində tranzit ölkə kimi istifadə olunur: "Azərbaycanda əsasən trnazit ölkə olaraq daha çox insan alveri ilə məşğul olan şəxslər üçün istifadə olunur. Belə ki, Azərbaycan vasitəsi ilə insan qurbanları Türkiyəyə oradan isə Avropaya və digər istiqamətdə Ərəb ölkələrinə daha çox daşınır. Eyni zamanda bu gün dünyada insan alverinə qarşı ciddi mübarizə aparılır. Ötuz üç ölkədən otuzu insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır".
Seminarda insan alverinə qarşı mübarizə üzrə Avropa Şurası Konvensiyası və onun monitorinq mexanizmləri, insan alveri məhvumuna Avropa Birliyinin yanaşması, Azərbaycanda insan alverinin istintaqı: hüquqi əsaslar mövzusunda məruzələr dinlənilib. Qeyd edək ki, seminar iki iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB