Joxovurd: “O, maddi vəsaiti Robert Koçaryana təqdim etməli idi” ƏKSİNQİLAB?

Joxovurd: “O, maddi vəsaiti Robert Koçaryana təqdim etməli idi” ƏKSİNQİLAB?

Robert Koçaryana yaxın adamların yeni hakimiyyət tərəfindən təqibləri davam edir. SİA xəbər verir ki, bu barədə “Joxovurd” yazır. Erməni mətbuatı qeyd edir ki, oktyabrın 9-da Xüsusi İstintaq İdarəsinə edilmiş şikayət əsasında məhkəmə sahinkar Samvel Mayrapetyanın həbsi ilə bağlı qərar qəbul edib. Ona ona qarşı rüşvət alma ittihamı irəli sürülüb.

Adıçəkilən media qurumunun yazdığına görə, bu məsələdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın köməkçisi olmuş Armen Gevorkyanın da adı hallanır: “Hüquq-mühafizə orqanları digər versiyanı da araşdıraraq aydınlaşdırıb ki, biznesmen Silva Akopyan Samvel Mayrapetyanın hesabına pul köçürməliydi və ikinci həmin vəsaitləri Robert Koçaryanın köməkçisi Armen Gevorkyana verməliydi, o da maddi vəsaiti məhz Robert Koçaryana təqdim etməli idi. Lakin Samverl Mayrapetyanın vəkili Karen Batikyan qəzetin müxbiri ilə söhbətində heç bir dəqiq informasiya verməyib”.

“İstintaqın gedişi zamanı adlar da daxil olmaqla, hər hansı bir məlumat verə bilmərəm”, deyə vəkil bildirib.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr Koçaryanın siyasi səhnəyə qayıdışı və Paşinyana qarşı əks inqilab hərəkatına başlaması üçün maddi vəsaitlər topladığını istisna etmirlər.

Xatırladaq ki, son vaxtlar Robert Koçaryanın fəallaşması Paşinyan cəbhəsində əksinqilab qorxusunu yaradıb və baş nazir qeyri-rəsmi olaraq, onun hakimiyyətinə xələl gətirə biləcəkləri ehtimal edilən şəxslər barədə həbs ölçülərinin götürülməsi tapşırığını verib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə