"Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Vahid Dövlət Kadastrı və Ünvan Reyestri" mövzusunda tədbir keçirilib
Bu gün Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi (ƏMÜDK) "Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Vahid Dövlət Kadastrı və ünvan reyestri mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə ƏMÜDK-nin sədr müavini Rüstəm Şahbazov, ƏMÜDK-nin tabeliyində Daşınmaz Əmlak Kadastrı və Texniki İnvertarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev və başqaları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Ramiz Quliyev ilk olaraq dövlət kadastrı haqqında məlumat verib: "Daşınmaz Əmlak Vahidinin Dövlət Kadastrı qeydiyyata alınmış daşınmaz əmlaka, torpaq sahələrinə, binalara, əmlak komplekslərinə, meşələrə, yerüstü kommunikasiyalara aid məlumatların məcmusundan ibarət dövlət informasiya sistemidir. Dövlət Kadastrı ƏMÜDK-nin tabeliyində olan Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən tərtib edilir".
Kadastr haqqında ətraflı məlumat verən direktor qeyd edib ki, əsas məqsəd qeydiyyata alınan bütün növ daşınmaz əmlaklar üzərində mövcud olan hüquqların dövlət tərəfindən tanınmasını və qorunmasını təmin etməkdir.
Tədbir fikir mübadilələri əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB