Qazaxıstanın Azərbaycandakı səfiri: “ Cari il Qazaxıstan-Azərbaycan münasibətlərində sıçrayış ili olub”
"Bakıda noyabrın 18-də keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısını yüksək qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstan Respublikasını yaranmasının 19 illik yubileyi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, cari il Qazaxıstan-Azərbaycan münasibətlərində sıçrayış ili olub. Belə ki, sammit ərəfəsində bir sıra vacib məsələlərin həlli istiqamətində qərarlar qəbul edilib: "Azərbaycanın paytaxtı Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə toplantısı da bu baxımdan çox əlamətdar oldu. Sammit çərçivəsində bir sıra vacib qərarlar qəbul edildi. Eyni zamanda nərəkimilərin ovu ilə bağlı beş illik qadağa qəbul olunub. Bütün əldə uğurlar tərəflərə Xəzərdə təhlükəsizlik məsələsinə dair ümumi razılığa gəlməyə imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB