Rauf Nağıyev: “Qış aylarında yaya nisbətən Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı daha çox olur”- AÇIQLAMA

Rauf Nağıyev: “Qış aylarında yaya nisbətən Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı daha çox olur”- AÇIQLAMA
Qış aylarında Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı daha çox olur. Bu barədə SİA-ya stansiyanın baş həkiminin müavini Rauf Nağıyev açıqlamasında deyib. O bildirib ki, stansiyaya yay aylarında günvurma və digər xəstəliklərlə bağlı müraciətlər olunursa, qış aylarında daha çox soyuqdəymə və digər xəstəliklərlə əlaqədar çağırışlar olur.

Hazırda havaların mülayim keçməsi ilə əlaqədar müraciətlərdə böyük bir fərqin olmadığını dilə gətirən. R. Nağızadə söyləyib ki, qış aylarında daha çox müraciətlər qar yağanda müşahidə olunur.

"Hava şəraiti ilə əlaqədar müraciət edənlərin sayında böyük bir dəyişiklik yoxdur. Müraciət edənlərin əksəriyyəti zökəm və soyuqdəymə ilə əlaqədar olur. Bundan əlavə qış mövsümündə ürək qan-damar sistemində dəyişikliklərlə əlaqədar problemlər yarandığına görə çağırışların da sayı artır. Qışda bizə müraciət edənlərin sayının artmasına daha bir səbəb qarın yağmasıdır. Qar yağanda stansiyaya daha çox travmalarla əlaqədar müraciətlər daxil olur. Qış aylarında tənəffüs yollarının iltihabı proseslərində də aktivlik artır, qalan yolxucu xəstəliklərin isə dinamikası zəifləyir",- deyə baş həkimin müavini qeyd edib.

Gün ərzində olan çağırışların sayında stabillik müşahidə olunduğunu dilə gətirən R. Nağıyev: "Hər zaman olduğu kimi sutkalıq çağırışların sayı 1200-1300 arasındadır",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə