İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi: "Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb" - AÇIQLAMA

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi: "Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb" - AÇIQLAMA
Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. O, qeyd edib, Azərbaycanda qeydə alınan cinayət faktları üzrə 34 nəfər insan alveri qurbanı müəyyən edilib. Həmin şəxslərin əksəriyyəti cəmiyyətə inteqrasiya olunub. Onların böyük əksəriyyəti işlə və təhsillə təmin olunub, eyni zamanda hər birinə hüquqi, psixoloji və sosial yardım edilir. C.Şıxəliyev qeyd edib ki, insan alveri qurbanlarına edilən yardım əvvəllər 33 manat məbləğində təşkil edirdi. Lakin 2-ci milli fəaliyyət planı təsdiq edildikdən sonra ilkin mərhələdə bu rəqəm 200 manata çatdırılıb. C.Şıxəliyev həmçinin Azərbaycanda insan alveri ilə bağlı qeydə alınan cinayətlərin böyük əksəriyyətinin cinsi istismarla bağlı olduğunu deyib: "Azərbaycanda əmək zorakılığı ilə bağlı fakt aşkar edilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə