Eldar İbrahimov: “Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi qiymət artımının qarşısını alacaq” - MÜNASİBƏT
Milli Məclisin Aqrar siyasət Komitəsinin 2010-cu il parlament seçkilərindən sonra keçirilən ilk iclasında "Təhsil haqqında" Qanunun tətbiqi ilə əlaqədar "Taxıl haqqında", "Fitosanitar nəzarəti haqqında", "Damazlıq heyvandarlıq haqqında" və "Arıçılıq haqqında" qanunlara ediləcək redaktə xarakterli əlavə və dəyişikliklər diqqətə çatdırılıb. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Sonra iclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanun layihəsinin hazırlanması prosesində əlaqədar qurumlar iştirak edib. Layihənin ictimai müzakirəsi də aparılıb. Bu qanunun qəbulu aqrar sahənin inkişafına təkan verəcək, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artıracaq, məhsulun qiymət artımının isə qarşısını alacaq.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov 8 fəsil 47 maddədən ibarət layihə barədə məlumat verərək deyib ki, bu qanun kənd təsərrüfatı kooperasiyası sistemini təşkil edən kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi əsaslarını müəyyənləşdirəcək. Qanun kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək. Şahmərdan Kərimov dünya təcrübəsindən danışaraq bildirib ki, hazırda bir çox ölkələrdə belə bir qanun qüvvədədir və hökumət bu sahəyə xüsusi diqqət yetirir. İclasda iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri irəli sürdükləri təkliflərin layihədə əksini tapdığını söyləyiblər.
Müzakirələrdən sonra gündəlikdəki hər iki məsələ parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB