Leonardo Da Vinçinin məşhur Mona Liza portretinin gözlərində aşkar olunan gizli şifrə sensasiya doğurub. SİA-nın xəbərinə görə, İtaliya Milli Mədəni İrs Komitəsinin prezidenti Silvano Vinçetinin sözlərinə görə, Cakondanın gözlərində kiçik hərflər və rəqəmlər yazılıb. Onları adi gözlə görmək mümkün deyil. Lakin lupanın köməyi ilə buradakı işarələri seçmək mümkündür.
Vinçetinin dediyi kimi, Mona Lizanın sağ gözünün bəbəyində "LV" hərfləri görünür. Bu Leonardo Da Vinçinin ad və soyadının baş hərfləri ola bilər. Sol gözündə isə hərflər çətinliklə oxunur. Mütəxəssislərin sözlərinə görə, bunlar ya "CE", yaxud "B" hərfidir. Eyni zamanda, hərflərlə yanaşı, rəqəmlər də vardır. Ehtimal olunur ki, bu rəqəmlər portretin orta əsrlərdə çəkildiyinə işarədir.
Cakonda portretinin arxa çərçivəsində 72 rəqəmi görünür. Ekspertlərin fikrincə, 7 rəqəmi "L" hərfinə də bənzəyə bilər. Bu işarələrin mənası hələlik açılmayıb.
Mütəxəssislər Mona Lizanın gözündəki kodu yozmağa səy göstərirlər. O da məlumdur ki, portretin arxa tərəfində 149 rəqəmi vardır. Lakin 4-cü rəqəm silinib. Mütəxəssislər buna istinad edərək əsərin XV əsrin 90-cı ilində yaradıldığını bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB