“Ki-Uest sammitində prezidentlər problemin həllinə çox yaxın olublar” ÖZƏL-MÖVQE
“Dağlıq Qarabağ danışıqlarının ilk illərində ABŞ dövlət katibinin xüsusi məsləhətçisi postunu tutmuş Pol Qobl problemin ərazi mübadiləsi əsasında həll təklifini irəli sürmüşdü. Bu təklifə əsasən Mehri rayonu Dağlıq Qarabağ və “Laçın dəhlizi” ilə dəyişdirilməli idi. Strateji baxımdan bu təklif cazibədar görünsə də əslində tərəflər buna razılıq vermədilər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Ermənistan üçün yaxın müttəfiqi olan İranla əlaqələrinin kəsilməsi ölümə bərbərdir: “Lakin bu vəziyyət böyük ehtimalla çox uzun çəkməyəcək. Ermənistan unutmamalıdır ki, onunla sərhəd olan İran ərazisində əsasən Azərbaycan türklər yaşayır və onlar da dövlət qurmaq iddiasındadırlar. Onu da qeyd edim ki, 2001-ci ildəki Kİ-Uest sammitində Azərbaycan və Ermənistan prezidentləri problemin həllinə çox yaxın olublar. Pol Qoblun iddiasına görə Rusiya bu tarixi anlaşmanın həyata keçməsinə imkan vermədi.
Preizdent İlham Əliyevin Nazirlərlər Kabinetinin toplantısında ərazi bütövlüyünün danışıqlar predmeti olmaması barədə səsləndirdiyi fikirlər indiyə qədər aparılan “Qarabağın işğaldan azad olunması” siyasəti ilə tam uyğundur. Lakin ərazi mübadiləsi gündəmə gələrsə bu məsələyə diqqət çəkmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB