Lənkəranda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlanıb

Lənkəranda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlanıb

Müqəddəs Aşura günu ilə əlaqədar dekabrın 15-də səhər saatlarından başlayaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) qanvermə aksiyasına başlanıb. MRX baş həkiminin müavini Əbülfət Məmmədovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, artıq ənənəvi xarakter daşıyan bu xeyriyyə tədbirinə bu dəfə qonşu Astara, Lerik və Masallı rayonlarının sakinləri də qoşulub.

Onun sözlərinə görə, qanvermə aksiyası 2001-ci ildən etibarən QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin verdiyi fətvadan sonra təşkil edilir. Aksiyaya ilk qoşulanlar da məhz Lənkəran rayon sakinləri olub.

Artıq ənənə halını alan bu xeyriyyə tədbirində iştirak edənlərin sayı da ildən-ilə artır. Ə.Məmmədov daha sonra bildirib ki, qan verən şəxslərin ilk növbədə qan nümunələri götürülüb və yoxlanılır.

Qeyd edək ki, iki gün davam edəcək aksiya zamanı yığılan qanlar respublika Qan Bankına təhvil veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə