Jamanak: “Əks-inqilab tərəfdarları hüquq-mühafizə orqanlarının hədəfində olacaqlar” TƏQİB

Jamanak: “Əks-inqilab tərəfdarları hüquq-mühafizə orqanlarının hədəfində olacaqlar” TƏQİB

Ermənistanda siyasi böhranın dərinləşməsi ölkə mediasında müxtəlif proqnozların verilməsi ilə müşahidə olunur. “Yaxin günlərdə əks-inqilab tərəfdarları Ermənistanın hüquq-mühafizə orqanlarının hədəfində olacaqlar”. SİA xəbər verir ki, bu barədə Jamanak qəzeti yazır. Erməni nəşrinin yazdığına görə, həmin insanlar yalnız Robert Koçaryanın prezidentliyi dövründə nəhəng kapital yığanlar deyil, həmçinin yaxınları olacaq: “Bu insanlar əks-inqilabın potensial tərəfdarları kimi qəbul edilirlər. Belə ki, onların fikrincə kapitallarının qorunması və artırılması yalnız yeni hakimiyyətin iflası nəticəsində baş verə bilər”.

Nəşr onlardan bir neçəsinin adlarını da açıqlayıb. “Onlardan biri “Moskva” kinoteatrının və “Paradiz” şirkətinin sahibi Martin Adoyandır. O, həmçinin Samvel Mayrapetyanın yaxın ətrafından biri kimi tanınır”, deyə Jamanak xatırladır.

Belə proqnozlaşdırılır ki, Mayrapetyanı və yaxın ətrafını, eləcə də Robert Koçaryanın digər dost-tanışlarını, eləcə də yaxınlarını neytrallaşdırdıqdan sonra yeni hakimiyyət son aylarda və həftələrdə formalaşdırılmış müqaviməti də neytrallaşdırmağa cəhd edir.

Rövşən Rəsulov

Bütün xəbərlər Facebook səhifəmizdə