Azərbaycana idxal olunan elmi cihaz və avadanlıqlar gömrük rüsumu və ƏDV-dən azad edilib
Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsdiqedici sənədi əsasında idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə siyahısını təsdiq edib.
Nazirlər Kabinetindən SİA-ya verilən məlumatda bildirilib ki, 2016-cı il yanvarın 1-dək qüvvədə olacaq siyahıda hansı cihazların yer alması barədə məlumat açıqlanmayıb.
Qərar AMEA-nın İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB