“Artıq sonumuz çatıb. Ermənistanda Konstitusiya və hakimiyyətin ayrılıq prinsipi təcavüzə uğrayıb”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi, Parlamentin vitse-spikeri Eduard Şarmazanov açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda ilk dəfədir ki, icraçı hakimiyyət güc yolu ilə qanunverici hakimiyyətin ərazisinə daxil edilib: “Bunu kim necə adlandırır adlandırsın. Lakin vaxtilə Bonapart, Hitler də belə hərəkət edib. Özləri atəş edərək, xalqın adına çıxıblar. Ermənistanda ilin sonunda keçiriləcək seçkilərdə kimin hansı səs faizi yağması əsas deyil. Çünki, son yetişib. Ermənistanda plüralizm ölüb”.
Şarmazanov qeyd edib ki, Ermənistanda keçiriləcək seçkilərdə təkcə baş nazir deyil, diktator, kralı və ya tiran seçiləcək: “Bunu istəyirdinizsə, artıq həzz ala bilərsiniz. Bu fikirlərimin əks reaksiyaya səbəb olacağını yaxşı başa düşürəm. Lakin mən bunları öz vicdanımın təmiz olması üçün söyləyirəm. Məgər 20-30 və ya 100 min nəfər toplayanlar istədiyini edə bilər? Siyasətdə bumeranq qanunu mövcuddur. Bunu səhvlərimizə görə söyləyirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB