ATƏT-in təmas xəttində keçirdiyi monitorinq zamanı ermənilər tərəfindən pozuntu halı baş verib

ATƏT-in təmas xəttində keçirdiyi monitorinq zamanı ermənilər tərəfindən pozuntu halı baş verib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində keçirilən monitorinq baş tutmuş hesab olunub.

Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, buna baxmayaraq, erməni tərəfi əvvəlcədən koordinasiya edilmiş ərazidən 1 – 1,5 km kənarda görünüblər. Bu da pozuntu halı kimi qeyd oluna bilər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçisi Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Praroy keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə