Azərbaycanla Aİ arasında sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı müzakirələrə 2011-ci ildə start veriləcək
2011-ci ildə Avropa Komissiyası Ermənistan və Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələrə başlamaq niyyətindədir. SİA-nın xəbərinə görə, bunu Strasburqda Avropa Parlamentinin iclasında Avropa Birliyi ali komissarı Sesiliya Malmstrom deyib. O, qeyd edib ki, "Şərq Tərəfdaşlığı"na üzv olan ölkələrdən yalnız Ukrayna və Moldova AB-yi ilə sadə viza rejiminə sahibdir: "Eyni zamanda biz gələn il Avropa İttifaqı olaraq Azərbaycan və Ermənistanla viza rejimimn asanlaşdırılması ilə bağlı danışıqları başlamaq niyyətindəyik".
Gürcüstanla danışıqların yekunlaşma mərhələsində olduğunu deyən avropalı diplomat qeyd edib ki, hazırda Avropa Komissiyası tərəfindən gələcək perspektivdə Belarusla müzakirələrin başlanılması məsələsi durur.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi alınan vizaya 60 evro yox 35 evro ödəmə etməni özündə ehtiva edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB