Elman Məmmədov: “Azərbaycandakı kimi dini tolerantlıq heç bir ölkədə yoxdur, buna görə də hicab məsələsinin siyasiləşdirilməsinin tamamilə əleyhinəyəm” - MÜNASİBƏT
"Azərbaycandakı kimi dini tolerantlıq heç bir ölkədə yoxdur, buna görə də hicab məsələsinin siyasiləşdirilməsinin tamamilə əleyhinəyəm". SİA-ya açıqlamasında bu sözləri millət vəkili Elman Məmmədov son günlər ölkədə geniş müzakirə olunan hicab məsələsinə münasibət bildirərkən deyib. Azərbaycanda hər bir kəsin dini azadlığının təmin olunduğunu bildirən millət vəkili bu məsələ ilə bağlı mövqeyini təhsil naziri Misir Mərdanovun da diqqətinə çatdırdığını söyləyib.
Hər bir insanın dinə baxışlarına hörmətlə yanaşdığını söyləyən E.Məmmədov orta məktəbdə hicabdan istifadənin tamamilə əleyhinə olduğunu ifadə edib: "Dinə, onun qaydalarına hörmətlə yanaşırıq. Hər bir valideyn evində övladına dinin qaydalarını, Quran oxumağı öyrədə bilər. Ancaq dinin təhsilə nüfuz etməsi yolverilməzdir. Heç bir valideyn övladınının başını bağlayıb məktəbə göndərə bilməz. Bu heç də dini azadlığı məhdudlaşdırmaq deyil, bu, əslində həmin uşağın azadlığını əlindən almaqdır. Qoy həmin uşaq böyüsün, həyata özünün baxışları formalaşsın, ondan sonra özü müəyyən etsin ki, hicabdan istifadə etsin, ya yox".
Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayan millət vəkili kilsələrin və sineqoqların məscidlərlə bərabər tam azad şəkildə fəaliyyət göstərdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB