Prezident İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev dekabrın 14-də Macarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranın etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Prezident ölkələr arasında münasibətlərin istər ikitərəfli, istərsə də Avropa strukturları ilə əməkdaşlıq baxımından önəmini vurğulayıb. Dövlət başçısı səfirin fəaliyyətinin səmərəli olacağına və ölkələrimizin daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində, səfir iki ölkə arasında əlaqələrin çox sürətlə inkişaf etdiyini deyib. Ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən diplomat "Nabucco" və AGRİ kimi layihələrin önəmini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB