Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bəzi QHT-lərdən narazıdır
"Azərbaycanda 2612 QHT qeydiyyata alınıb. Onlardan yalnız 1200-dən çoxu vergilər nazirliyində qeydiyyatdan keçib". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. O, vurğulayıb ki, cari ilin may ayına qədər 2612 QHT-dən yalnız 961-i maliyyə haqqında hesabatını Maliyyə nazirliyinə təqdim edib: "Rəqəmlər arasında çox böyük fərqlər var. Bunu aradan qaldırlıması üçün Vergi və Maliyyə nazirliklərinin hesabatları tutuşdurulmalıdır. Bizdə olan əvvəlki 880 QHT haqqında məlumat Vergilər vəMaliyyə nazirliklərinin təqdim etdiyi məlumatlarla tutuşdurulduqdan sonra təxminən 400-500 arasında yeni QHT-lərin tapılması mümkün olub. Hesab edirəm ki, hesabatın tələb olunması imkan verir ki, Azərbaycanda QHT sektorunun real durumunu konkret rəqəmlərlə ifadə edə bilək".
Eyni zamanda A.Quliyev qurumu narahat edən amillərədə toxunub. O, qeyd edib ki, bir çox QHT-lər yaradılıb qeydiyyatdan keçsədə onların fəaliyyəti haqqında heç bir məlumat yoxdur: "Bizi narahat edən əsas amillərdən biridə budur ki, QHT-nin haradasa yarıdan çoxu fəaliyyət göstərmir. Onların çoxu haqqında məlumat əldə etmək mümkün deyil. Belən olda halda əlbətdə QHT-lərin fəaliyyəti və onların sonrakı taleyi müəyyən mənada düşündürür dövləti. Biz hesab edirik ki, QHT-lərin yaradılması nə qədər sərbəst olursa olsun müəyyən mənada qanunvericilik çərçivəsində QHT-lərin məsuliyyəti var və o məsuliyyətdən heç kim boyun qaçıra bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB