“Əli Kərimlinin bloggerlikdən başqa bir fəaliyyəti yoxdur” MÜSAHİBƏ

“Əli Kərimlinin bloggerlikdən başqa bir fəaliyyəti yoxdur” MÜSAHİBƏ

“Yurddaş” partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi

- Mais bəy, AXCP-də baş verən gərginlik fonunda MNTK-nin sədri Aydın Əliyevdə Əli Kərimliyə qarşı sərt ittihamlarla çıxış edib. Bu o deməkdir ki, yaxın günlərdə AXCP-dən növbəti istefalar baş verəcək?

- Bu gün AXCP adlı təşkilatın ancaq adı var. Bu təşkilat bu illər ərzində son dərəcədə zəifləmiş və öz tərəfdarlarını itirmişdir. Bunun da səbəbi həmin partiya daxilində yenidənqurma işlərinin aparılmaması və normal bir partiya kimi fəaliyyət göstərə bilməməsidir. İllər boyu da keçirilmiş bütün seçkiləri uduza-uduza gəlib. AXCP və digər radikal müxalifət düşərgəsində təmsil olunan partiyalara rəhbərlik edənlər yalnız özlərini düşünür və siyasətə gəlir mənbəyi olaraq baxırlar. Ona görə də üzləşdikləri ardıcıl seçki məğlubiyyətlərinə baxmayaraq sədrlikdən istefa vermirlər. Demək olar ki, radikal müxalifət partiyaları yalnız öz şəxsi maraqları və xaricdəki ağaları üçün çalışırlar. Müxalifət düşərgəsindən istefaların və bir-birinə yönələn qarşılı ittihamların baş verməsi əslində qanuna uyğundur. Yəni normal siyasi fəaliyyəti olmayan və normal partiya quruculuğu aparılmayan təşkilatda bu proseslərin baş verməsi labüddür. Fakt budur ki, Əli Kərimlinin səhv siyasət aparması nəticəsində çoxlu sayda insanlar partiyanı tamamilə tərk edib, gediblər. Bu gün vaxtı ilə AXCP-ni quran şəxslərdən heç biri artıq o partiyada qalmayıb, hamsı istefa verib. Bəli bu gün AXCP-də təlatümlü vəziyyət hökm sürür. Bu baxımdan demək olar ki, AXCP-dən növbəti istefalar baş verəcəkdir.

- AXCP-nin dağılması ilə Əli Kərimli siyasətdən gedəcəkmi?

- Dağıdıcı müxalifət düşərgəsində özlərini liderlər adlandıran şəxslər var ki, onlar sadəcə olaraq, əllərindən başqa iş gəlmədiyinə görə, boşboğazlıq edirlər. Əslində bu, normal siyasi fəaliyyətin həmin şəxsdə olmadığından xəbər verir. Əslində, normal siyasi fəaliyyət göstərən partiyalar 1-2 dəfə seçkiləri uduzursa ondan o partiyanın rəhbər orqanlarının üzvləri tamamilə dəyişilir, yenilənir və partiyada yeni quruculuq işləri aparılır. Amma bütün bunların heç birini hazır ki, müxalifət partiyalarında baş vermir. Ə.Kərimliyə gəldikdə isə, onun blogerilikdən başqa bir fəaliyyəti yoxdur. Yəni sosial şəbəkələrdə müəyyən çağırışlar və bəyanatlar verməkdən başqa heç bir fəaliyyətin sahibi deyil. Əslində müxalifət düşərgəsində nə bu partiya var, nə də ki, bir siyasi lider. Əslində onlar görüntü yaratmaq istəyirlər ki, biz də varıq. Reallıqda isə bunlar yoxdurlar.

- Ümumiyyətlə, iddialı müxalifət partiya sədrləri arasında baş verən gərginliklər partiyaların sıradan çıxmasına gətirib çıxarır. Bunu liderlərin səhv, düşünülməmiş siyasəti ilə əlaqələndirmək olar?

- Bəli radikal müxalifət düşərgəsində partiyaların sıradan çıxması o partiyalara rəhbərlik edən liderlər ilə bağlıdır. Çünki bu liderlər normal siyasi fəaliyyət ilə məşğul deyillər. Demək olar ki, bu partiya sədlərinin işi ancaq ağa qara yaxmaqdan ibarətdir. Bir sözlə, onların fəaliyyəti iftiradan və yalandan ibarətdir. Bildiyiniz ki, radikal müxalifət partiyaları arasında artıq uzun illərdir ki, dava dalaş gedir. Yəni sözügedən partiyaların zəifləməsindən də biri məhz o partiyaların bir-birinə amansız zərbələr vurmasıdır. Demək olar ki, müxalifət liderləri bir-birini sıradan çıxarmaq üçün hər şeyi edir. Müxalifətin arasında gedən bu savaşında əsas məqsədi öz düşərgələri daxilində birincilik uğurundan gedən mübarizədir. Yəni onlar arasında olan bu savaş ana müxalifət uğurunda gedən mübarizədir. Bu dava-dalaşda onları çox acınacaqlı bir vəziyyətə gətirib salan əsas amildir. Bu gün də onlar arasında bu savaş davam edir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə