Gənclər və idman naziri: “Yaxın bir ay ərzində Azərbaycanda mərc oyunlarının keçirilməsi nəzərdə tutulur” - MÜNASİBƏT
Yaxın bir ay, ay yarım ərzində Azərbaycanda mərc oyunlarının keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. O bildirib ki, mərc oyunları ilə bağlı fəaliyyət hələ qalıb və sənədləşmə ilə əlaqədardır. Mərc oyunlarının Azərbaycanda qadağan olunduğunu deyən nazir vurğulayıb ki, bununla bağlı idman qanununda dəyişiklər olunub və Nazirlər Kabineti tərəfindən sərəncam imzalanıb. O qeyd edib ki, bu birgünlük proses deyil və yeni sistem qurmaq, udan insanın vergilərdən azad olunması və digər proseslər bir gündə həll olunmur.
"Ona görə də bu proses öz qaydasında gedir. Açıq etiraf edə bilərəm ki, bu məsələdə bir az yubanırıq, gecikirik. Amma bu istiqamətdə əlimizdən gələni edirik. Məsələyə digər tərəfdən də yanaşsaq, hara tələsirik ki, nə vaxt alınar, alınar. Nə idman, nə də digər təşkilatlar bu məsələnin gecikməsində uduzmur. Yaxın 1 ay ərzində ölkəmizdə mərc oyunlarının keçirilməsinə başlanması nəzərdə tutulub. Hər gün gözləyirik ki, prosesin icrasına başlamaq üçün sərəncam çıxsın və bu prosesə başlasın", - deyə o əlavə edib.
Nazir həmçinin, gənclərin hicab taxması məsələsinə də münasibət bildirib. O deyib ki, bütün nazirlik bu məsələni müzakirə etməyib: "Ancaq şəxsən mənim fikrim ondan ibarətdir ki, dövlətdə qanunlar var və onlara riayət etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB