"Viva" ləqəbli buynuzlu İsgəndər ŞOK FAKTLAR

"Viva" ləqəbli buynuzlu İsgəndər ŞOK FAKTLAR

Və ya onun barəsində leksikonumuzda yeni ifadənin yaranmasına ehtiyac var

Bu gün Avropada oturub, “sinələrinə döyən”, bu vasitə ilə guya Azərbaycan üçün “mübarizə” apardıqlarını zorla ictimai rəyə sırımağa çalışan Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Emin Milli və s. xəyanət simvollarının başında dayanan əsas isimlərdən biri də Vidadi İsgəndərlidir – Viva ləqəbli İsgəndər... Həmin Vidadi İsgəndərli ki, öz siyasi mənfəətlərini əldə etməkdən ötrü, hətta mərhum atasının Göyçay rayonundakı məzarının belə murdarlanmasına (!!!-R.N.) rəvac vermişdi...

Viva deyilən zad, indi də digər siyasi fahişəlik metodundan istifadə edərək, Azərbaycan əleyhinə fəaliyyət göstərən güclərin növbəti “zakazlarını” həyata keçirməyi planlaşdırır

Daha dəqiq desək, bu planını həyata keçirərək, Azərbaycan hakimiyyətinin üzərinə qarayaxma, şər, böhtan atmağa cəhd göstərmişdi. Düzdür, bu hadisənin üzərindən artıq uzun müddət keçib. Lakin həmin hadisənin maraqlı tərəfi də budur ki, bəs nəyə görə İsgəndərli indi bu barədə bir kəlmə də olsa danışmır, sosial şəbəkələrdə canlı yayıma çıxaraq, işinə görə pulunu ala bilməyən və buna görə üz-gözünü cıran ən peşəkar fahişələrtək həyasızlıqlar etmir? Axı o, həmin zamanlar bu işin sonuna qədər gedəcəyini bar-bar bağırırdı, üstəlik, hədə-qorxu gəlməyi də unutmurdu!

İndi isə onun yadına nə mərhum atası, nə də cəmiyyətimiz tərəfindən hiddətlə qınanılan həmin o hadisə düşür. Çünki onun yalanı nə ayaq tutdu, nə də ki, yeridi.

Əskinə, Viva deyilən zad, indi də digər siyasi fahişəlik metodundan istifadə edərək, Azərbaycan əleyhinə fəaliyyət göstərən güclərin növbəti “zakazlarını” həyata keçirməyi planlaşdırır.

AXC-Müsavat hakimiyyəti dövründə bələdiyyə polisinin rəisi Mehdi Mehdiyev: “Vidadi İsgəndərliyə ad tapa bilmirəm...”

Lakin bütün bunlar barədə yazının sonrakı hissəsində qeyd edəcəyik. İndi isə bir daha onun zamanında hansı qələtlərdən çıxdığını, oyunbazlıqlar törətdiyini xatırladaq. Misal üçün, hələ AXC-Müsavat hakimiyyəti dövründə bələdiyyə polisinə rəhbərlik etmiş Mehdi Mehdiyevin onun barəsində açdığı danılmaz sübutları incələyək. M.Mehdiyevi buna məcbur edən V.İsgəndərlinin bəlli davranışları və çıxardığı təlxəklikləri olub. M.Mehdiyevdən gələn sitatı nəzərdən keçirək: “...Hərçənd hər məsələyə reaksiya verən deyiləm. Mövzu isə dünyada, regionda cərayan edən proseslər deyil, məhz Azərbaycan adından indiki həssas durumda şəxsən tanıdığım Vidadi İsgəndərlinin, nə ad deyim, bilmirəm - sərsəmləməsimi, tərbiyəsizliyimi, satın alınmasımı, xəyanətimi, nankorluğumu, - vaAllah, leksikonumuzda buna uyğun ad tapa bilmirəm - amma onun son hərəkətinə bir neçə epizodla münasibət bildirmək istəyirəm”.

Göründüyü kimi, sabiq cəbhəçi V.İsgəndərlinin ucuzluğuna belə, uyğun ad tapılmır və bu faktın özü belə deməyə əsas verir ki, özünü onun-bunun altına yıxan İsgəndərli barədə leksikona hər hansı bir yeni ifadə əlavə olunmalıdır. Yəqin ki, qısa zamanda onun kimiləri bir-birlərini təhqir edərkən, məhz onu – V.İsgəndərlini nəzərdə tutub, “vidadilik eləmə”, deyə savaşacaqlar…

Qqaquz qızına qarşı ədəbsiz hərəkət faktı – Vidadi İsgəndərlini həbsdə başqa şey gözləyirdi, lakin...

Beləliklə, M.Mehdiyev davam edir: “Vidadi, adam "işsiz" də, "xəstə" də, "məhbus" da, "mühacir" də ola bilər . Amma, bu dərəcədə şərəfsiz, ləyaqətsiz və ən başlıcası ALLAHSIZ olmaz! Gedib oturmusan orada. Başa düşdük... Günah mən və mənim kimilərindədir ki, axı sən zamanında əxlaqsızlıq və xuliqanlıq cinayət əməllərinə görə tutulanda 28-ci polis bölməsinin rəisi Böyükağa bəydən niyə şəxsən özüm və digər dostlar azad olunmağını xahiş etdilər”.

Yeri gəlmişkən, V.İsgəndərlinin törətdiyi xuliqanlıq əməli əslində, ondan da betər olub. Bir qız uşağına qarşı ədəbsiz hərəkət..!

“Və bir insan kimi acıyıram ki, dünyanın hansı ölkəsində olsan da, bu cür nakişi davranışlarınla qulaqlarının da eşitmə qabiliyyəti saxta olacaqdır. Eynən özün kimi...”

Uzağa getməyərək, həmin hadisənin necə xatırlanmasına diqqət edək: “Yaxşı ki, qohum-əqrəbanın yalvarışları sayəsində zərərçəkən qaqauz tələbə qız iddiasını geri götürdü. Bizlər səhv etmişik. Əslində sən "siyasi məhbus" yox, məlum əməllərinə görə müvafiq maddələrlə özün hüquqşünas olaraq təcridxanada hansı kamerada, hansı kalonda, nə müddətə cəza çəkməli olduğunu müəyyənləşdirməli idin”.

Elə bu cür əxlaqsız davranışlarına görə növbəti dəfə artıq hüquq-mühafizə orqanlarına yox, bir tələbə dostuna rast gəldin. Məhz bundan sonra sənin dişlərin protez oldu. Adını yazmağa ehtiyac yoxdur. O, şərəfli tələbə, hərəkat, döyüş dostumun... Düşüncən yoxdur, bilirəm. Çiyinlərinin üstündə yumuru bir orqan var - ora qulaq da aiddir. Əminəm. Və bir insan kimi acıyıram ki, dünyanın hansı ölkəsində olsan da, bu cür nakişi davranışlarınla qulaqlarının da eşitmə qabiliyyəti saxta olacaqdır. Eynən özün kimi...”

“Bəlkə sən özünü bir "şizofrennik" olaraq, Topçubaşov, Ceyhun bəy Hacıbəyli sanırsan? O Kişilər Azərbaycan davası aparıblar...”

Ümumiyyətlə, V.İsgəndərli barədə bu reallıqları eşidərkən, bir daha şahidi oluruq ki, əslində nə şərəfə, nə ləyaqətə, nə də ki, digər xüsusiyyətlərə heç bir aidiyyatı olmayan bu ünsür barədə nə qədər aşağılayıcı ifadə işlənilərsə, yenə də azdır. Köhnə kişilər bu cür “adamlar” haqqında danışarkən, belələrini “qapımın həndəvərindən keçməyə qoymaraqm!” deyirmişlər...

Ona görə də M.Mehdiyev əlavə edir: “Sən başa düşməsən də çox hörmət bəslədiyim böyük qardaşım İsfəndiyar bəygil bilir. Səni kim həbsdən azad elətdirib. Ayıb deyilmi? Heç utanırsanmı?

Xalq Hərəkatının ağbirçəklərindən olan, ölkə ictimayyətinin böyük hörmət bəslədiyi, bizim hamımızın isə "mamaşa" deyə müraciət etdiyimiz Novella xanım o yaşında, o səhhətində Göyçaydakı məhkəmənə sənin qardaşına görə gəlmişdi. Vidadi, yəqin ki, mənim üç də alacağım, beş də verəcəyim adam olmadığını bilirsən. Bəlkə sən özünü bir "şizofrennik" olaraq, Topçubaşov, Ceyhun bəy Hacıbəyli sanırsan? O Kişilər Azərbaycan davası aparıblar...

Siyasi mübarizə adı altında bu ölkənin hansı düşmənlərinin dəyirmanına su tökdüyünü biz bilirik. Bu, Azərbaycan (Qarabağ, demokratiya, insan haqları...) davası deyil. Bunun adı sadəcə nakişilikdir. İndi oturmusan qucaqda, tanıyıb-tanımadığın, dövlət adından çıxış edən Prezident və onun ailə üzvlərindən başlamış, sənin üstündə haqqı olan bu qədər insanların ünvanlarına nə hətərən-pətərən video paylaşırsan?”

Nankor, yaramaz ünsür! Sən nə anlayarsan ki, Azərbaycan nə deməkdir? Siyasi mübarizə Konstitusiya, ölkə qanunları və Azərbaycanımıza məxsus olan əxlaqi-mənəvi dəyərlərlə aparılır, ay dəyərsiz... Adam kişi olar, yekun olaraq, sən agentsən, sən xəstəsən - özün seç...”

Nəticə olaraq, Viva ləqəbli Vidadi İsgəndərlinin ucuz və kimsəyə lazım olmayan həyatı barədə daha bir faktı öyrənmiş olduq. Məhz bu baxımdan, əgər kimlərsə, məsələn Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Emin Milli, eləcə də bu gün İsgəndərlini az qala “mübarizə qalası” (əslində peyin hini-R.N.) kimi təqdim edib, onun sərsəmləmələrini dəstəkləyirsə (məsələn, Əli Kərimli və onun ətrafı-R.N.) demək ki, onun barəsində ortaya çıxan sübutlar və həmin sübutlardan doğan ifadələr onlara da aid edilə bilər. Həmin ifadələri isə təkrarlamağa ehtiyac yoxdur. Necə deyərlər, İsgəndərin buynuzu var, buynuzu...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə