Ermənistanın baş naziri Nikol Paşinyan parlament və parlamentdən kənar güclərin fikirlərini öyrənmədən ölkəni təcili növbədənkənar parlament seçkilərinə aparmağa cəhd etdiyi vaxtda baş nazirin müavini Ararat Mirzoyanın üzərinə daha ağır funksiya qoyulub. SİA xəbər verir ki, bu barədə Ermənistanın “İrvanuk” qəzeti yazır.
Nəşrə görə, Mirzoyana ölkədə yaranmış vəziyyətlə bağlı kriminal avtoritetlərlə danışıqlar aparılması tapşırılıb.
“Həmin məlumatlara görə, kriminal dünyasından bildirilib ki, onlar Nikol Paşinyanı qeyd-şərtsiz dəstəkləyirlər”, deyə yazan erməni nəşri bununla yanaşı, onların da Paşinyana öz şərtlərinin olduğu qeyd edilib: “Kriminallar da öz şərtlərini irəli sürərək, amnistiyanın vacibliyi barədə fikirlərini bildiriblər”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB