Ədliyyə Nazirliyinin rəsmisi: “Azərbaycanda boşanmaların sayı getdikcə azalır”
"Cari il ərzində Azərbaycanda nigahların pozulmasında artım müşahidə olunmayıb". Bunu SİA-ya açıqlamasında Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib. O, qeyd edib ki, boşanmaların sayı stabil olaraq qalır: "Bəzən mətbuatda boşanmaların sayında çoxluq müşahidə edilir başlığı altında çıxan yazıların heç biri həqiqəti özündə əks etdirmir. İl ərzində təxminən doqquz, on, on bir faiz arasında boşanma faktları qeydə alınır. Bu rəqəm bir sıra illər ərzində dəyişməz olaraq qalır. Belə deyək ki, boşanmalar getdikcə azalır, heç də artmır".
İlqar Məmmədov eyni zamanda cari il ərzində yeni həyat quranların sayının üstünlük təşkil etdiyinidə vurğulayıb: " Azərbaycanda nigah quranların sayı ilbəil artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB