"Cerri Braun Azərbaycana xüsusi rəğbəti olan qubernatordur" ÖZƏL-MÖVQE

"Cerri Braun Azərbaycana xüsusi rəğbəti olan qubernatordur" ÖZƏL-MÖVQE

“ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun erməni lobisinin hazırladığı qanun layihəsinə veto qoyması çox mühüm hadisədir. Bu qanun layihəsinə əsasən Kaliforniya ştatı qondarma erməni soyqırımını tanıyaraq Türkiyəyə qarşı embarqo tətbiq etməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, erməni lobbisinin çox güclü olduğu ştatlardan biri də Kaliforniya ştatıdır: “Əgər onlar belə bir maneyə ilə rastlaşırsa demək xarici siyasətimizdə doğru yoldayıq. Son illər Azərbaycan və Türkiyə diplomatlarının eyni mövqedən çıxış etməsi və atılan bütün addımların razılaşdırlması belə bir uğurun əldə olunmasına gətirib çıxatmalı idi. Cerri Braun Azərbaycana xüsusi rəğbəti olan qubernatordur. O hər il Respublika günü münasibətilə həm ölkə başçısını, həm də Kaliforniya ştatında yaşayan həmvətənlərimizə təbrik ünvanlayır. Cerri Braun isə bu addımını dövlət siyasəti ilə əlaqələndirib və bildirib ki, rəsmi ABŞ erməni soyqırımını tanımadığı üçün bu addımı atıb”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun bu ştatın Dövlət Məclisinin "AB 1597" qanun layihəsinə veto qoyub. Sənəddə guya 1915-ci ildə türklər tərəfindən Osmanlı imperiyasının erməni əhalisinə qarşı “soyqırımı” törədilməsi haqqında ermənilərin ittihamları və iddiaları ilə razılaşmadığına görə Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu. Birləşmiş Ştatlar rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırımı hesab edilmir və müvafiq olaraq, ABŞ-ın bütün ştatları federal hökumətin siyasətinə uyğun olaraq bu xarici siyasət xəttinə əməl etməlidirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə