Nyu-Nyorkun meri Donadl Trampı nəyə məcbur edəcək? VERGİ BORCU

Nyu-Nyorkun meri Donadl Trampı nəyə məcbur edəcək? VERGİ BORCU

“Ödəmə zamanı gəlib. Nyu-Yorkun meri Bill De Blazio söz verib ki, o, Donald Trampı gizlətdiyi vəsaitlərin hamısını büdcəyə qaytarmağa məcbur edəcək”. SİA xəbər verir ki, bu barədə “Nyu-York Tayms" qəzeti yazır.

Belə ki, adıçəkilən qəzet ABŞ prezidenti Donald Tramın gəncliyində atasından ona qalan və 400 milyon dəyərində olan daşınmaz əmlak biznesindən yazıb və qeyd edib ki, Trampa qalan pullar vergidən yayınma vasitəsilə qazanılıb. Donald Trampın valideynləri bu vaxt ərzində öz uşaqlarına nağd olaraq, 1 milyard dollar veriblər.

“ABŞ-da qəbul olunmuş 55%-lik dərəcə vergisi minimum 550 milyon dollar olmalıydı. Tramplar ailəsi isə 5%-lik dərəcə üzrə 52,2 milyon dollar vergi ödəyiblər. Halbuki, bütün bunların müqabilində ABŞ-ın vergi orqanları Trampa praktiki olaraq, heç bir maneələr yaratmayıblar”, Nyu-York Tayms qəzeti yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə