Azərbaycan Prezidenti İlham Əliyev məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib.

SİA-nın xəbərinə görə, Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini vurğuladı.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğundakı müstəsna rolunu qeyd edərək ölkəmizin inkişafı üçün çox böyük işlər gördüyünü bildirdi.

Görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə